EN

Kəlbəcərdə iki avtomobil toqquşub, xəsarət alanlar var

Kəlbəcər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisə rayonun Nadirxanlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, “VAZ-2106” markalı nəqliyyat vasitəsinin “QAZel” markalı avtomobillə toqquşması nəticəsində 1958-ci il təvəllüdlü Ə. İbadov və 2002-ci il təvəllüdlü E. Həsənli xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

Chosen
150
14
ayna.az

10Sources