AZ

Kəlbəcərdə iki avtomobil toqquşdu: xəsarət alanlar var

Kəlbəcər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az Report-a istinadla xəbər verir ki, hadisə rayonunun Nadirxanlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, VAZ-2106 markalı nəqliyyat vasitəsinin “Qazel” markalı avtomobillə toqquşması nəticəsində 1958-ci il təvəllüdlü Ə.İbadov və 2002-ci il təvəllüdlü E.Həsənli xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
108
14
axar.az

10Mənbələr