EN

Qərb "demokratiyası" - Qəzzada atəşkəs çağırışı etdi, işdən çıxarıldı

Böyük Britaniyanın elm, texnologiya və innovasiyalar naziri Mişel Donelanın parlamentdəki şəxsi katibi Pol Bristou Qəzzada atəşkəs çağırışı etdiyi səbəbilə vəzifəsindən azad edilib.

Publika.az xəbər verir ki, Baş nazirliyin 10 nömrəli ofisinin sözçüsü məsələ ilə bağlı açıqlamasında, eyni zamanda hakim Mühafizəkarlar Partiyasının millət vəkili olan Bristounun "kollektiv məsuliyyət prinsiplərinə uyğun olmayan şərhlər" etdiyini qeyd edərək Böyük Britaniyanın baş naziri Rişi Sunak tərəfindən tutduğu vəzifədən azad edildiyini bildirib.

Bristou, Baş nazir Sunak tərəfindən vəzifədən azad edildikdən sonra BBC-yə bu sözləri deyib:

"Baş nazirin qərarını tam başa düşürəm və zövq aldığım işi tərk etdiyimə görə kədərliyəm, lakin indi bir çox seçicilərimin dərindən maraqlandığı bir məsələ haqqında açıq danışa bilərəm. İnanıram ki, bunu hökumətdən maaş almaqla deyil, arxa sıralarda daha yaxşı edə bilərəm."

Keçən həftə Baş nazir Sunaka yazdığı məktubda Bristou, daimi atəşkəsin insanların həyatını xilas edəcəyini və humanitar yardımın ən çox ehtiyacı olanlara çatmasını təmin edəcəyini bildirmişdi.

Chosen
443
2
publika.az

5Sources