EN

İcra başçısı həbsdən şikayət yazdı

Korrupsiya cinayətlərində təqsirli bilinərək 11 il 6 ay azadlıqdan məhrum edilmiş Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov hökmdən narazıdır.

Publika.az "Qafqazinfo”ya istinadən məlumatına görə, eks-icra başçısı saxlanıldığı istintaq təcridxanasından şəxsən özü apellyasiya şikayəti yazıb.

Alimpaşa Məmmədov ona təyin olunmuş cəzanı həddən artıq ağır hesab edir. Ərizədə özünü qismən təqsirli bildiyini, bu səbəbdən özünü təqsirli bildiyi maddələrlə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza, digər maddələrlə bəraət verilməsini xahiş edir.

Şikayətə Gəncə Apellyasiya Məhkəməsində baxılacaq.

Chosen
60
15
publika.az

10Sources