Demokrat.az xəbər verir ki, 1984-cü il təvəllüdlü Elçin Fərhadzadə Cinayət Məcəlləsinin 126.2.4-cü (Xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə hadisəni törətməkdə təqsirli bilinib.
Məlum olub ki, həmin gün saat 20 radələrində Elçin Gəncə şəhər Azərbaycan küçəsində yerləşən “Brand shop” mağazasının qarşısındakı ödəmə terminalına yaxınlaşıb. O, terminalın qarşısında növbə tutan Emindən yerlərini dəyişdirməyi istəyib. Lakin Emin növbəsini Elçinə güzəştə getməyib. Bundan sonra Elçin Eminin terminaldan pul çıxarmaq istədiyini görüb və ona terminalda nağdlaşdırma funksiyasının olmadığını deyərək irad bildirib. Tərəflər arasındakı mübahisə daha sonra terminaldan kənarda davam edib. Bu zaman Elçin yumruqla Eminə zərbələr endirib. Nəticədə Eminin eynəyi sınaraq sağ gözünə batıb.
Ekspertiza Eminə gözünün buynuz qişasının dəlib keçmiş yaralanması, gözün möhtəviyyatının tökülməsi, hemoftalm, göz qapaqlarının, alt dodağın yaraları ilə müşayiət edilən sağ gözdə görmənin itirilməsi ilə əlaqədar ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən çox olmaqla əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsinə səbəb olan xəsarətlər diaqnozu qoyub.
Məhkəmədə Emin Məmmədov artıq Elçini bağışladığını və onunla barışdığını bildirib.
10Sources
-
yenigundem.azNövbəyə görə kişinin gözünü çıxardı - Altı il həbs cəzası aldı ( 8752406)
-
7news.azNövbəyə görə kişinin gözünü çıxardı - Altı il həbs cəzası aldı ( 8735744)
-
tempinfo.azNövbəyə görə kişinin gözünü çıxardı – 6 il həbs cəzası aldı ( 8733263)
-
avtosfer.azNövbəyə görə kişinin gözünü çıxardı - Altı il həbs cəzası aldı ( 8732585)
-
pravda.azNövbəyə görə kişinin gözünü çıxardı - ıAltı il həbs cəzası aldı ( 8729789)
-
seher.mediaNövbəyə görə kişinin gözünü çıxardı - Altı il həbs cəzası aldı ( 8728982)
-
olke.azNövbəyə görə kişinin gözünü çıxardı - 6 il həbs cəzası aldı ( 8726258)
-
demokrat.azNövbəyə görə kişinin gözünü çıxardı — 6 il həbs cəzası aldı ( 8725052)
-
referans.azNövbəyə görə kişinin gözünü çıxardı - 6 il həbs cəzası aldı ( 8723891)
-
moderator.azNövbəyə görə kişinin gözünü çıxardı - 6 il həbs cəzası aldı ( 8723792)