EN

Dünya çempionatı: Komandamız 1/8 finalda

Minifutbol üzrə Azərbaycan millisi dünya çempionatında növbəti oyununu keçirib. 
Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan yarışda yığmamız yer aldığı G qrupunda son matçında Küveyt koman­dası ilə üz-üzə gəlib. Azərbaycan komandası rəqib üzərində 3:1 hesablı qələbə qazanaraq qrup lideri kimi növbəti mərhələyə adlayıb. Yığmamızın qollarını Cəfər Cəfərov, Mirmehdi Rzayev, Təmkin Xəlilzadə vurub. Bundan əvvəl millimiz İraq (2:0) Misir (4:1) yığmalarını məğlub edib. 
Qeyd edək ki, H qrupunda ikinci yeri tutacaq komanda millimizin 1/8 finaldakı rəqibi olacaq. Həmin matç noyabrın 1-də təşkil ediləcək. 
Leyla SABİRQIZI XQ

Chosen
475
14
xalqqazeti.az

10Sources