AZ

Minifutbol: Azərbaycan millisi bu gün Portuqaliya ilə qarşılaşacaq

Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan minifutbol üzrə dünya çempionatında bu gün 1/8 final oyunları keçiriləcək.



Komanda.az xəbər verir ki, turnirdə yoluna davam edən Azərbaycan millisi bu mərhələdə Portuqaliya ilə qarşılaşacaq. Qarşılaşma saat 18:30-da başlayacaq.



Elşad Quliyevin yetirmələri G qrupunda keçirdikləri hər üç görüşdə qələbə qazanmışdılarsa, Portuqaliya H qrupunu ikinci pillədə başa vurub.



Azərbaycan yığması qrup mərhələsində İraqı 2:0, Misiri 4:1, Küveyti isə 3:1 hesabı ilə məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Seçilən
495
9
komanda.az

10Mənbələr