Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, iclasda 2024-cü ilin sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə YAP-ın namizədləri müəyyənləşib.
Həmçinin namizədliyi irəli sürülməyən YAP üzvlərinin bəzilərinin adları bəlli olub. Onların arasında Vasif Talıbov, İsa Həbibbəyli, Səttar Möhbalıyev var.
Qeyd edək ki, bu gün ərzində YAP-ın siyahısının açıqlanacağı gözlənilir.
Müəllif: Teleqraf.com