EN

Bu il Naxçıvanda sahibkarlıq fəaliyyəti ilə bağlı 46 lisenziya verilib

Bu

Naxçıvan, 17 iyul, AZƏRTAC

Cari ilin 6 ayı ərzində özəl sektorun inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilib. Belə ki, hesabat dövründə sahibkarlara 46 lisenziya verilib, büdcəyə 19,6 min manat vəsait ödənilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Ordubad rayonunda keçirilən kollegiya iclasında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov deyib.

Nazir müavini qeyd edib ki, muxtar respublikanın müvafiq qurumları tərəfindən verilmiş 1447 icazə reyestrdə qeydiyyata alınıb. Qeydiyyata alınmış icazələr ötən ilin müvafiq dövrü ili müqayisədə 8,4 dəfə, verilmiş icazələrdən büdcəyə daxilolmalar isə 2 dəfə artıb.

Qeyd edək ki, hazırda Ordubad rayon Vergi Ödəyicilərinə Xidmət Mərkəzində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin bu ilin 6 ayı ərzində görülən işlərə dair kollegiya iclası keçirilir. İclasda muxtar respublikanın iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov hesabat xarakterli çıxış edir.

 

Chosen
28
2
azertag.az

3Sources