EN

Dünən Türkiyədə 48 yanğınla mübarizə aparılıb

Dünən

İstanbul, 19 iyul, Günel Karatepe, AZƏRTAC

İyulun 18-də Türkiyədə 34-ü meşə, 14-ü isə qeyri-meşəlik sahə olmaqla ümumilikdə 48 yanğınla mübarizə aparılıb. Bu yanğınlardan 9-

u yüksək risk qrupuna daxil idi.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı bildirib.

Nazirin sözlərinə görə, yanğınlar Edirne, Bursa, Balıkesir, Manisa, Uşak, Kütahya və İzmir vilayətlərində baş verib. Dünən axşam saatlarında İzmirin Buca bölgəsində başlayan yanğın yaşayış məntəqələri üçün təhlükə yaradıb.

Hazırda yanğınların hamısı nəzarət altına alınıb.

Chosen
66
14
azertag.az

10Sources