EN

Vətən Müharibəsi Qəhrəmanı rəis təyin edildi - FOTO

Cəmşid Naxçıvanski adına Hərbi Liseyə rəis təyin edilib.

Hurriyyet.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb. 

Əmrə əsasən, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Anar Mirzəyev Liseyin rəisi təyin edilib.

Qeyd edək ki, Anar Mirzəyev 2022-ci ildə liseyin rəis müavini vəzifəsinə təyin olunmuşdu. O, Hərbi liseyin rəisi vəzifəsi vakant olduğundan, həm də rəis vəzifəsini icra edirdi.

 

Chosen
59
32
hurriyyet.az

10Sources