Yasamal rayonu ərazisində yerləşən uşaq bağçalarından birinin divarından kombi aparatının oğurlanması barədə polisə məlumat daxil olub. TehsilForumu.Az DİN-ə istinadən xəbər verir ki, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən O.Abdullayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.