Bakı, 22 iyul, AZƏRTAC
Milli mətbuatımızın 149 illiyi və Milli Mətbuat Günü münasibətilə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşları iyulun 22-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

