EN

“Neftçi”nin avtobusu qəzaya düşdü

“Neftçi”nin əsas komandasını daşıyan avtobus bu gün Qəbələyə yola düşərkən yüngül qəza keçirib.

AzerForum.Com “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Bayıl qəsəbəsində qara rəngli “Hyundai” markalı avtomobilin ehtiyatsızlığı səbəbindən baş verib. Xoşbəxtlikdən hər iki tərəfdə xəsarət alan olmayıb.

Qeyd edək ki, “Neftçi” Misli Premyer Liqasının 12-ci turu çərçivəsində noyabrın 5-i, saat 16:00-da Qəbələdə şəhərin eyni adlı kollektivi ilə üz-üzə gələcək.
Chosen
266
18
bakupost.az

10Sources