Xəbər verdiyimiz kimi, Hindistan-Nepal sərhədində 6 bal gücündə zəlzələ qeydə alınıb.
Yeraltı təkanların episentri Nepalın 9 min nəfərə yaxın əhalisi olan Cumla şəhərindən 36 kilometr Cənub-Şərqdə və təxminən 182 min nəfərin yaşadığı Hindistanın Bəhraiç şəhərindən 166 kilometr Şimal-Şərqdə yerləşib. Hindistanın paytaxtı Yeni Dehlidə də binalar silkələnib. ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 5,6, Hindistan Seysmoloji Mərkəzi isə 6,4 bal gücündə qiymətləndirib.
Son xəbərə görə, zəlzələ nəticəsində azı 128 nəfər ölüb, 100 nəfər yaralanıb.
Rəsmilər bir çox dağlıq ərazilərlə əlaqənin kəsildiyi üçün ölü və yaralı sayının artacağını gözləyirlər.
Telegram kanalımız