Nepalın qərbində baş verən güclü zəlzələ nəticəsində azı 128 nəfər ölüb, 100 nəfər isə yaralanıb.
Cebhe.info xəbər verir ki, bu barədə "Mint" qəzeti məlumat yayıb.
Rəsmilər bir çox dağlıq ərazilərlə əlaqənin kəsildiyi üçün ölü və yaralı sayının artacağını gözləyirlər.
Qeyd edək ki, ABŞ Geoloji Xidməti Hindistan və Nepal sərhədində baş verən zəlzələnin maqnitudasını 5,6, Hindistan Seysmoloji Mərkəzi isə zəlzələnin maqnitudasını 6,4 olaraq açıqlayıb.