Nepalda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 140-a çatıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Bildirilib ki, xəsarət alanların sayı 100 nəfəri keçib. Bəzi yaşayış məntəqələri ilə əlaqənin olmaması dəqiq statistika aparmağa imkan vermir.