EN

Bakıda avtomobil salondakı maşınlara çırpıldı - FOTOLAR

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi olub. Manset.az APA-ya istinadən xəbər verir ki, qəza Babək prospektində qeydə alınıb.Yüksək sürətlə hərəkət edən “Nissan” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək, maşını avtosalonun ərazisində olan avtomobillərə çırpıb. Nəticədə yol təsərrüfatına və 3 yeni “Fiat” markalı avtomobilə zərər dəyib.Əraziyə polis əməkdaşları cəlb edilib.

Hadisənin təfərrüatı araşdırılır.

Chosen
196
18
manset.az

4Sources