EN

Elçin Əmirbəyov İtaliya XİN rəhbərinin müavini ilə görüşüb

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İtaliya xarici işlər nazirinin müavini Edmondo Sirielli ilə görüşüb.

Day.Az xəbər verir ki, bununla bağlı İtaliya XİN "X" hesabında paylaşım edib.

"Görüşdə bütün sahələrdə ikitərəfli strateji tərəfdaşlığın möhkəmləndirilməsinin vacibliyi vurğulanıb. İtaliya regionda prosesləri diqqətlə izləyir və dialoqu dəstəkləyir", paylaşımda qeyd olunub.

Chosen
300
19
day.az

10Sources