AZ

Elçin Əmirbəyov İtaliya XİN rəhbərinin müavini ilə görüşdü

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İtaliya xarici işlər nazirinin müavini Edmondo Sirielli ilə görüşüb.

 

APA xəbər verir ki, bu barədə İtaliya XİN-in "X" hesabında məlumat verilib.

 

"Görüşdə bütün sahələrdə ikitərəfli strateji tərəfdaşlığın möhkəmləndirilməsinin vacibliyi vurğulanıb. İtaliya regionda prosesləri diqqətlə izləyir və dialoqu dəstəkləyir", paylaşımda qeyd olunub.

 

Görüş noyabrın 3-də azərbaycanlı rəsminin İtaliyaya səfəri çərçivəsində baş tutub.

 

APA

Tarix: 4 Noyabr 2023, 13:18   
Seçilən
287
19
pravda.az

10Mənbələr