“İnter Mayami”nin hücumçusu Lionel Messinin "İlin ən yaxşı gənc oyunçusu" üçün verilən “Copa Trophy” kateqoriyasında kimə səs verdiyi bəlli olub.
Publika.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano öz "Teleqram" kanalında bildirib.
Messi səsvermədə ikinci yeri tutan “Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala üstünlük verib. Leo “Barselona”nın yarımmüdafiəçisi Pedrini (ümumilikdə 3-cü yer) ikinci, Bellinqhemi isə üçüncü yerə layiq bilib.
Xatırladaq ki, oktyabrın 30-da Parisdə “Qızıl top”un təntənəli təqdimat mərasimi keçirilib və həmin mərasimdə “Copa Trophy”nin qalibi də elan olunub. Mükafat “Real”ın 20 yaşlı mərkəz yarımmüdafiəçisi Cud Bellinqemə verilib.