EN

Şimali Koreyada raket sənayesinin şərəfinə bayram təsis edilib

Koreya Xalq Demokratik Respublikasında (KXDR) noyabrın 18-də qeyd olunacaq Raket Sənayesi Gününü təsis edib.

“Report”un məlumatına görə, 2022-ci ilin bu günündə “Hvason-17” qitələrarası ballistik raketi buraxılıb.

Ali Xalq Məclisinin Rəyasət Heyəti “KXDR Raket Sənayesi Gününün təsis edilməsi haqqında” fərmanı nəzərdən keçirib və yekdilliklə qəbul edib. Məlumatda qeyd edilib ki, 2022-ci il noyabrın 18-də KXDR nüvə dövləti olduğunu və ən güclü qitələrarası ballistik raketlərin sahibi olduğunu dünyaya nümayiş etdirib.

Qeyd edək ki, 2022-ci il noyabrın 18-də Şimali Koreyada yeni tipli “Hvason-17” qitələrarası ballistik raketi buraxılıb.

Chosen
256
6
demokrat.az

10Sources