Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının qrup mərhələsində keçirəcəyi daha bir oyunun yeri müəyyənləşib.
QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, A milli sentyabrın 8-də 2-ci tur çərçivəsində Slovakiya yığması ilə səfər görüşünü Koşitse şəhərində yerləşən Koşitse Futbol Arenasında keçirəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.