ABŞ dövlət katibi Entoni Blinken Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşü barədə məlumat yayıb.
Bu barədə Blinken "X" hesabında yazıb.
"Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə İsrail-HAMAS münaqişəsinin yayılmasının qarşısının alınması, mülki əhalinin qorunması və humanitar yardımın artırılmasının zəruriliyi barədə danışdıq. Biz həmçinin İsveçin NATO-ya daxil olması və qlobal problemlərin həllində tərəfdaşlığımızın əhəmiyyətini müzakirə etdik", - o bildirib.
Cebhe.info