EN

Ermənistanda 150 minə yaxın gənc nə işləyir, nə də oxuyur

Ermənistanda bir tərəfdən 60 mindən bir qədər çox ailə müavinət alır, digər tərəfdən 19-30 yaşlı 150 minə yaxın insan heç bir yerdə işləmir və oxumur.

“Report” xəbər verir ki, bunu ölkənin əmək və sosial məsələlər naziri Narek Mkrtçyan deyib.

“Göründüyü kimi, təcrübəsiz işçiləri işə götürən işəgötürənlərə verilən kompensasiya prioritet olmamalıdır. Axı təcrübədən göründüyü kimi, bu kateqoriyadan olan vətəndaşlar işə qəbul olunmaqdan çəkinirlər. Ola bilsin, peşə hazırlığı proqramlarını genişləndirmək, lakin bazarın tələblərini nəzərə almaqla daha səmərəli olardı”, - Mkrtçyan 2024-cü ilin dövlət büdcəsi layihəsi üzrə parlament dinləmələrində deyib.

Onun sözlərinə görə, respublikada sosial təminat sisteminə dəyişikliklər 2024-cü ilin martından qüvvəyə minəcək. Bundan əlavə, əlilliyin qiymətləndirilməsi də dəyişikliklərə məruz qalacaq.

Chosen
826
9
report.az

10Sources