Lənkəran Dövlət Dram Teatrına ağır itki üz verib.
Demokrat.az xəbər verir ki, teatrın aparıcı aktyoru, Əməkdar artist Zemfira Nəcəfova dünyasını dəyişib.
Teatrın əməkdaşı Namiq Ağayev məlumatı təsdiqləyib. O, Qaynarinfo-ya açıqlamasında bildirib ki, Zemfira Nəcəfova uzun sürüən xəstəlikdən sonra dünyasını dəyişib:
"Hazırda Zemfira Nəcəfovanın dəfni ilə bağlı hazırlıq işləri görülür. Əməkdar artistin cənazəsi teatrdan götürüləcək".
Qeyd edək ki, Zemfira Nəcəfova 1950-ci ilin 1 aprelində Bakı şəhərində anadan olub.1975-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib və həmin ildən Lənkəran Dövlət Dram Teatrın da aktrisa vəzifəsində çalışıb. 30 dekabr 2015-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.
Bir çox tamaşalarda oynayan mərhum aktrisa "Günəşim ol" serialında da rol alıb. (Qaynarinfo)
10Sources
-
nocomment.azAzərbaycanın Əməkdar artisti VƏFAT ETDİ – BU SƏBƏBDƏN… ( 9367315)
-
yenigundem.azAzərbaycanın Əməkdar artisti vəfat etdi ( 9355582)
-
nocomment.azAzərbaycanın Əməkdar artisti vəfat etdi ( 9354082)
-
reyting.azƏməkdar artist Zemfira Nəcəfova vəfat edib ( 9354007)
-
tempinfo.azAzərbaycanın Əməkdar artisti vəfat etdi ( 9354004)
-
musavat.comAzərbaycanın Əməkdar artisti vəfat etdi ( 9353971)
-
saglamolun.azAzərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO ( 9353746)
-
azreform.infoAzərbaycanın Əməkdar artisti vəfat etdi ( 9353344)
-
referans.azAzərbaycanın Əməkdar artisti VƏFAT ETDİ - BU SƏBƏBDƏN... ( 9353200)
-
demokrat.azAzərbaycanın Əməkdar artisti vəfat etdi —FOTO ( 9353155)