
Lənkəran Dövlət Dram Teatrına ağır itki üz verib.
Reyting.az xəbər verir ki, teatrın aparıcı aktyoru, Əməkdar artist Zemfira Nəcəfova vəfat edib.
Qeyd edək ki, Zemfira Nəcəfova 1950-ci ilin 1 aprelində Bakı şəhərində anadan olub.1975-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib və həmin ildən Lənkəran Dövlət Dram Teatrın da aktrisa vəzifəsində çalışıb. 30 dekabr 2015-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.
Bir çox tamaşalarda oynayan mərhum aktrisa "Günəşim ol" serialında da rol alıb.