EN

Boksçularımız Avropa birinciliyində iştirak edəcəklər

Bakı. Trend:

Avqustun 3-də Bosniya və Herseqovinanın Banya Luka şəhərindəməktəbli qız və oğlan boksçular arasında Avropa birinciliyi startgötürəcək.

Trend İdman.biz-əistinadən xəbər verir ki, 8 gün davam edəcək yarışda Azərbaycanmilli komandaları da mübarizə aparacaq.

Yığmamız oğlanların yarışında Sahib Baxışlı (40 kq), Əli Abaslı(42 kq), Ramiz Ağadadaşov (44 kq), Oğuz İbrahimli (46 kq), TunarMehtiyev (48 kq), Yusif Həsənli (50 kq), İbrahim Bədəlli (52 kq),Adəm Aslanov (54 kq), Anzor İsrafilov (57 kq), Nurlan Müseyibli (60kq), Şükar Əliyev (63 kq), Şahin Layıcov (66 kq), İsmayıl Məmmədov(70 kq), Mehran Rəsulov (75 kq), Yusif Ağakişiyev (80 kq) və UğurHəsənovla (90 kq) təmsil olunacaq.

Qızların mübarizəsində Aysel Fərəcova (40 kq), Ayşən Miriyeva(42 kq), Saraxanım Səmədova (44 kq), Sima İsmayılova (46 kq),Cəmilə Muradlı (48 kq), Kəmalə Həsənova (51 kq), Səma Abbasova (60kq) və Fidan Bəkərova (64 kq) rinqə çıxacaqlar.

Birincilikdə Qalib Əbiyev isə hakimlər sırasında yer alacaq.

Chosen
39
15
az.trend.az

10Sources