
Bakı, 2 avqust, AZƏRTAC
Litvanın Utena dairəsində 40 qeyri-qanuni miqrant Latviya ilə sərhəddən ölkəyə daxil olarkən saxlanılıb.
AZƏRTAC “Baltic News Service”in məlumatına istinadən xəbər verir ki, miqrantlardan üçü qaçıb, onları tutmaq mümkün olmayıb.
Qeyri-qanuni miqrantların saxlanması zamanı iki polis əməkdaşının yüngül xəsarət aldığı bildirilir.