AZ

Litvada Latviyadan olan 40 qeyri-qanuni miqrant saxlanılıb

Litvada

Bakı, 2 avqust, AZƏRTAC

Litvanın Utena dairəsində 40 qeyri-qanuni miqrant Latviya ilə sərhəddən ölkəyə daxil olarkən saxlanılıb.

AZƏRTAC “Baltic News Service”in məlumatına istinadən xəbər verir ki, miqrantlardan üçü qaçıb, onları tutmaq mümkün olmayıb.

Qeyri-qanuni miqrantların saxlanması zamanı iki polis əməkdaşının yüngül xəsarət aldığı bildirilir.

Seçilən
38
2
azertag.az

3Mənbələr