Mingəçevirdə bıçaqlanma hadisəsi olub.Hadisə avqustun 2-si saat 22 radələrində baş verib.40 yaşlı Fariz Səmədov aralarında yaranmış mübahisə zamanı 1987-ci il təvəllüdlü Ceyhun Mirzəyevi bıçaqlayıb. C.Mirzəyev də F.Səmədovun bel nahiyəsinə kəsici alətlə xəsarət yetirib.DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, F.Səmədov saxlanılıb, digər şəxs isə xəstəxanaya yerləşdirilib.Faktla bağlı müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.
Paylaş: