EN

ABŞ sahillərinə “Debi” fırtınası yaxınlaşır

ABŞ sahillərinə “Debi” fırtınası yaxınlaşır

“Debi” tropik fırtınası Meksika körfəzi vasitəsilə ABŞ sahillərinə yaxınlaşır.

AZƏRTAC-ın verdiyi məlumata görə, Milli Qasırğa Mərkəzi yerli vaxtla avqustun 4-ü axşam saatlarında fırtınanın qasırğaya çevriləcəyini açıqlayıb. Hazırda “Debi” fırtınasının sürəti saatda 105 km-dir. Fırtınanın daha çox Florida, Corciya və Cənubi Karolina ştatlarını əhatə edəcəyi gözlənilir. Proqnozlara əsasən, qasırğa avqustun 5-i səhər saatlarında formalaşacaq. Florida və Corciya ştatlarının rəhbərliyi əhalini qasırğaya hazırlıqlı olmağa çağırıb.

Məlahət Nəcəfova

Vaşinqton

Mənbə: AZƏRTAC

Chosen
63
10
ilk.az

10Sources