Bakı. Trend:
“Debi” tropik fırtınası Meksika körfəzi vasitəsilə ABŞsahillərinə yaxınlaşır.
Trend-in"Bloomberg"-ə istinadən verdiyi məlumata görə, Milli QasırğaMərkəzi yerli vaxtla avqustun 4-ü axşam saatlarında fırtınanınqasırğaya çevriləcəyini açıqlayıb. Hazırda “Debi” fırtınasınınsürəti saatda 105 km-dir.
Fırtınanın daha çox Florida, Corciya və Cənubi Karolinaştatlarını əhatə edəcəyi gözlənilir. Proqnozlara əsasən, qasırğaavqustun 5-i səhər saatlarında formalaşacaq. Florida və Corciyaştatlarının rəhbərliyi əhalini qasırğaya hazırlıqlı olmağaçağırıb.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, “Debi” qasırğası güclüyağışlar, güclü küləklər və daşqınlar gətirə bilər. Sahilbölgələrində yaşayan sakinlərə ehtiyat tədbirləri görmək, evlərinimöhkəmləndirmək və təxliyə planlarını hazırlamaq tövsiyə olunur.ABŞ-ın Fövqəladə Hallar İdarəsi (FEMA) də vəziyyəti yaxındanizləyir və lazımi tədbirləri görməyə hazırdır.