EN

Orxan Hüseynzadə “Slaviya” - Yunion” matçına təyinat aldı

AFFA-nın keçmiş əməkdaşı, “Neftçi” futbol klubunun sabiq prezidenti Orxan Hüseynzadə növbəti beynəlxalq oyuna təyinat alıb.

Arena.az xəbər verir ki, o, Çexiyada yerli “Slaviya” (Praqa) və Belçikanın “Yunion” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk matçında UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, avqustun 7-də Praqa şəhərində yerləşən “Eden Arena”da keçiriləcək oyunu almaniyalı baş hakim Tobias Stieler idarə edəcək.

Xatırladaq ki, Orxan Hüseynzadə 2017-2018-ci illərdə “Neftçi”nin prezidenti olub. O, 2004-cü ildə AFFA Beynəlxalq Əlaqələr Şöbəsinin baş mütəxəssisi vəzifəsində işləyib. 2004-2005-ci illərdə “Olimpik” FK-nın baş direktoru, 2006-2007-ci illərdə isə “Standard” FK-nın vitse-prezidenti vəzifəsində çalışıb. Hüseynzadə 2007-2011-ci illərdə AFFA Beynəlxalq Əlaqələr şöbəsinin direktoru vəzifəsində işləyib.

Chosen
203
10
arena.az

10Sources