ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns İsrailin Baş Qərargah rəisi Herzi Halevi ilə Qəzza zolağındakı girovların azad edilməsi yollarını müzakirə edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Qeyd olunub ki, keçirilən görüşdə kəşfiyyat materialları öyrənilib, əməliyyatların planlaşdırılması və insanların xilas edilməsi üçün digər səylər müzakirə edilib.
Xatırladaq ki, HƏMAS-la İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb.