EN

Konfrans Liqası: “Zirə” və “Sabah”ın potensial rəqibləri…

“Zirə”nin UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibi bəlli olub.Elchi.az xəbər verir ki, paytaxt təmsilçisi III təsnifat mərhələsində Xorvatiya təmsilçisi “Osiyek”i mübarizədən kənarlaşdırsa, “Omoniya” (Kipr)-“Fehervar” (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək.“Sabah” (Azərbaycan) – “Sent-Patriks Atletik” (İrlandiya) cütünün qalibi isə “Saburtalo” (Gürcüstan) – “Başakşəhər” (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək. “Zirə” pley-offa çıxsa, ilk görüşü səfərdə, “Sabah” isə evdə keçirəcək.Qeyd edək ki, pley-off oyunları avqustun 22-də və 29-da keçiriləcək.

Chosen
47
10
elchi.az

10Sources