"Zirə"nin UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibi bəlli olub.
Axar.az xəbər verir ki, paytaxt təmsilçisi III təsnifat mərhələsində Xorvatiya təmsilçisi "Osiyek"i mübarizədən kənarlaşdırsa, “Omoniya” (Kipr)-“Fehervar” (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, pley-off oyunları avqustun 22-də və 29-da keçiriləcək.