EN

Ordumuz raketləri işə saldı: “düşmən” hədəfləri vuruldu – VİDEO

Cari ilin hazırlıq planına əsasən, Quru Qoşunlarında keçirilən taktiki-xüsusi təlim davam edir.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Müasir döyüş üsullarından istifadə edilməklə keçirilən təlimdə aşkar olunanşərti düşmən hədəflərinin artilleriya və zenit-raket qurğularından, eləcə də zirehli döyüş texnikaları üzərinə quraşdırılmış silahlardan məhv edilməsi üzrə tapşırıqlar yüksək dəqiqliklə icra olunub.

Bölmələrin qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, hərbi qulluqçuların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə yüksək peşəkarlıq nümayiş etdirilib.

Chosen
59
49
hurriyyet.az

10Sources