EN

Paris-2024: İspaniya millisindən rekord 

Futbol üzrə İspaniya millisi (U-23) Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında rekordu təkrarlayıb.

Bakıvaxtı.az xəbər verir ki, yığma buna yarımfinal matçında Mərakeşi 2:1 hesabı ilə məğlub etməklə nail olub.

Komanda olimpiadalar tarixində beşinci dəfə həlledici qarşılaşmaya vəsiqə qazanıb. Daha əvvəl Braziliya seçməsi eyni sayda final matçında iştirak edib.

İspaniya millisi 1920, 1992, 2000, 2021-ci illərdəki yarışda da bunu bacarıb.

Qeyd edək ki, yığma avqustun 9-da final oyununda Fransa kollektivi ilə üz-üzə gələcək.

Chosen
67
3
bakivaxti.az

4Sources