EN

“Qarabağ” – “Ludaqorets” oyunu üçün satılan biletlərin sayı açıqlanıb

“Qarabağ”

Bakı, 6 avqust, AZƏRTAC

“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bolqarıstanın “Ludaqorets” komandası ilə Bakıda keçirəcəyi ilk oyun üçün satılan biletlərin sayı açıqlanıb.

Ağdam təmsilçisinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, artıq 25500 azarkeş bilet əldə edib.

Məhdud sayda olan biletləri “Iticket.az”ın satış məntəqələrindən, “Qarabağ”ın Park Bulvardakı fan-şopundan, Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, komandalar arasında baş tutacaq qarşılaşmanın start fiti 20:00-da səslənəcək. Cavab oyunu isə avqustun 13-də səfərdə təşkil olunacaq.

Chosen
15
6
azertag.az

7Sources