AZ

“Qarabağ” – “Ludaqorets” oyunu üçün satılan biletlərin sayı açıqlanıb

“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bolqarıstanın “Ludaqorets” komandası ilə Bakıda keçirəcəyi ilk oyun üçün satılan biletlərin sayı açıqlanıb.



Ağdam təmsilçisinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, artıq 25500 azarkeş bilet əldə edib.
Məhdud sayda olan biletləri “Iticket.az”ın satış məntəqələrindən, “Qarabağ”ın Park Bulvardakı fan-şopundan, Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, komandalar arasında baş tutacaq qarşılaşmanın start fiti 20:00-da səslənəcək. Cavab oyunu isə avqustun 13-də səfərdə təşkil olunacaq.








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Seçilən
10
6
nuhcixan.az

7Mənbələr