EN

Paris-2024: Braziliya millisi yarımfinalda

Braziliyanın qadınlardan ibarət voleybol millisi “Paris-2024” Yay Olimpiya Oyunlarında yarımfinala yüksəlib.

Sportnet.az xəbər verir ki, 1/4 finalda Dominikan Respublikası ilə qarşılaşan “sambaçılar” rahat qələbə qazanıblar – 3:0.

Braziliya seçməsi yarımfinalda ABŞ – Polşa cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl Türkiyə seçməsi Çin komandasını məğlub edərək 1/2 finala vəsiqə qazanıb.


Chosen
36
4
sportnet.az

5Sources