EN

AFFA nümayəndəsinə UEFA-dan təyinat

AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA-dan təyinat alıb. Sport24.az xəbər verir ki, o, UEFA Avropa Liqasının III təsnifat mərhələsinin "Boraç" (Bosniya və Herseqovina) – "Klaksvik" (Farer adaları) oyununun UEFA nümayəndəsi olacaq.
 
Banya Luka şəhərində yerləşən "Qradski" stadionunda keçiriləcək matç avqustun 15-də baş tutacaq.
 
"Boraç" – "Klaksvik" matçını bolqarıstanlı baş hakim Georgi Kabakov idarə edəcək.

Chosen
75
40
sport24.az

10Sources