EN

"Sumqayıt" sabiq futbolçusu ilə yenidən anlaşıb



"Sumqayıt" sabiq futbolçusu Sərtan Taşkınla yenidən anlaşıb.

Reyting.az
xəbər verir ki, son mövsümü Türkiyənin "Manisa" klubunda keçirmiş müdafiəçi ilə 1+1 illik müqavilə imzalayıb.

Azərbaycan millisinin 26 yaşlı futbolçusu "Sumqayıt"ın heyətində 2 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, 2019/2020 mövsümündə də Sumqayıt təmsilçisində çıxış etmiş Sərtan Taşkın ümumilikdə 20 oyunda meydana çıxıb və 1 qol vurmağa müvəffəq olub.
Chosen
101
10
reyting.az

10Sources