EN

“Qarabağ” – “Bayer 04” oyununa 30 000 bilet satılıb

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda Almaniya klubu “Bayer 04”lə oyununa 30 000 bilet satılıb. SİA-ya verilən məlumata görə, bugünkü qarşılaşma üçün bütün biletlər satılıb. Bu isə o deməkdir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı görüşdə tribunalar tam dolu olacaq.

Qeyd edək ki, “Qarabağ” – “Bayer 04” matçı saat 21:45-də başlayacaq.

Chosen
413
23
sia.az

5Sources