EN

Ağsuda iki avtomobil toqquşdu

Ağsuda “Mercedes” və “VAZ 2107” markalı avtomobillərin toqquşması ağır yol-nəqliyyat hadisəsinə səbəb olub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Qaraqoyunlu kəndi ərazisində qeydə alınıb.

Qəza nəticəsində hər iki avtomobilin sürücüləri, o cümlədən üçü azyaşlı olmaqla ümumilikdə 10 nəfər xəsarət alıb.

Zərərçəkmişlər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma başlanılıb.

Chosen
230
2
qafqazinfo.az

4Sources