Tədbiri giriş sözü ilə açan səfir A.Atamoğlanov şanlı Zəfər bayramı haqqında qonaqlara ətraflı məlumat vermiş, 8 noyabr-Zəfər Gününün Azərbaycan xalqının iradəsinin və gücünün təntənəsinə çevrildi qeyd etmişdir. 2020-ci ilin sentyabr ayında Ermənistanın növbəti təxribatına cavab olaraq, Azərbaycanın özünü müdafiə hüququndan istifadə edərək və beynəlxalq hüquqa tam uyğun olaraq həyata keçirilmiş cavab tədbirlərindən bəhs etmişdir.
44 Günlük Vətən müharibəsi nəticəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünü təmin etdiyi, münaqişənin tarixdə qaldığını bildirmişdir. Qanunsuz erməni qüvvələrinin mövcudluğuna son qoymaq və bütün ərazilərində tam suverenliyi bərpa etmək məqsədilə, Azərbaycanın Qarabağ bölgəsində 19-20 sentyabr 2023-cü il tarixlərində 24 saat ərzində həyata keçirdiyi anti-terror tədbirləri haqqında məlumat vermişdir.
3 noyabr 2023-cü il tarixində Astanada keçirilən Türk Dövlətləri Təşkilatının yubiley Zirvə Görüşündə çıxışı zamanı QR Prezidenti K,J.Tokayevin ölkəmizin ərazi bütövlüyünün bərpa etməsi ilə bağlı təbrik etdiyini vuröulamışdır. Hazırda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən geniş miqyaslı quruculuq və bərpa işləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Son iki il ərzində QR Parlamenti və KİV nümayəndələrinin, ictimai xadimlərin işğaldan azad edilmiş səfəri, Qazaxıstanlı jurnalist N.Kumarqızının Qarabağ şəhidi haqqınnda yazdığı kitabın təqdimatından, Astana və Turkestan şəhərlərində keçirilmiş “Şuşa Günləri”ndən, həmçinin strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsində olan Azərbaycan-Qazaxıstan münasibətlərindən söhbət açmışdır.
Daha sonra QR XİN-in Almatı şəhərində nümayəndəliyinin rəhbəri Bakıtjan Buleqenov çıxış edərək, Dövlət Bayrağı Günü və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbriklərini çatdırmışdır. Ərazi bütövlüyünün bərpasının beynəlxalq hüquq normalarına və BMT-nin müvafiq sənədlərinə tam uyğun olduğunu və Azərbaycan xalqının ədalətli və tarixi əhəmiyyətli nailiyyət olduğunu qeyd etmişdir. Qazaxıstanın Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini diqqətə çatdırmış, siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələrin inkişafından bəhs etmişdir.




10Sources
-
dogru.azZəfər Günü bu ölkədə qeyd edildi – Fotolar ( 962602)
-
demokrat.azQazaxıstanda Zəfər Günü münasibətilə tədbir keçirildi — FOTOLAR ( 962252)
-
editor.azQazaxıstanda Zəfər Günü münasibətilə möhtəşəm tədbir keçirildi – FOTOLAR ( 962205)
-
qaynarinfo.azQazaxıstanda Zəfər Günü münasibətilə möhtəşəm tədbir keçirildi (FOTOLAR) ( 962080)
-
7news.azQazaxıstanda Zəfər Günü münasibətilə möhtəşəm tədbir keçirildi - FOTOLAR ( 962044)
-
qht.azAlmatı şəhərində Zəfər Günü münasibətilə tədbir keçirilib - FOTOLAR ( 962015)
-
yenicag.azQazaxıstanda Zəfər Günü ilə bağlı tədbir keçirildi ( 961979)
-
busaat.azQazaxıstanda Zəfər Günü münasibətilə möhtəşəm tədbir keçirildi – FOTOLAR ( 961966)
-
tribunainfo.azQazaxıstanda Zəfər Günü münasibətilə möhtəşəm tədbir keçirildi – FOTOLAR ( 961945)
-
pravda.azQazaxıstanda Zəfər Günü münasibətilə möhtəşəm tədbir keçirildi - FOTO ( 961761)