EN

“Qərb Rusiyaya qarşı Ermənistanla dostluq etmək istəyir” – Lavrov

“Qərb ölkələri Ermənistanın “qılığına “girir” və respublika ilə Rusiyaya qarşı dost olmaq istəyirlər”.

KONKRET.az-ın xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya-1” telekanalının efirində deyib.

“İndi Ermənistanın fəal şəkildə qılığına girən Qərb ölkələri onunla Rusiya Federasiyasına qarşı dost olmaq istəyirlər” – o vurğulayıb.

S.Lavrovun sözlərinə görə, Rusiya Federasiyasının Ermənistanın xarici tərəfdaşlarına qarşı qərəzi yoxdur, İrəvan öz kursunu müstəqil şəkildə müəyyənləşdirməlidir.

Chosen
290
11
konkret.az

10Sources