EN

Bir ailənin üzvləri qəzaya düşdü - 3 uşaq öldü, 6 yaralı var + VİDEO

Ötən gecə Zərdabda ağır yol qəzası baş verib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hadisə saat 23 radələrində Kürdəmir - Zərdab yolunda baş verib.

Ağcəbədi rayon sakini Niyaməddin Quliyev idarə etdiyi “VGV U75 Plus” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı nəqliyyat vasitəsində olan 2 nəfər hadisə yerində ölüb, sürücü və digər 6 nəfər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Ancaq sürücü və  daha bir qız səhər saatlarında xəstəxanada vəfat edib.

Faktla bağlı Zərdab RPŞ-də araşdırmalar aparılır.

Məlumata görə, qəzaya düşən avtomobildəki 9 nəfər bir ailənin üzvü və yaxın qohumlar olub. Hadisə nəticəsində ölənlərdən biri sürücü N.Quliyevin 13 yaşlı qızı, digəri isə yaxın qohumu olan 4 yaşlı qızdır. Xəstəxanada vəfat edən də N.Quliyevin qızıdır.

Chosen
78
17
azpolitika.info

10Sources