AZ

Bir ailənin üzvləri qəzaya düşdü - 3 uşaq öldü, 6 yaralı var - Yenilənib

Ötən gecə Zərdabda ağır yol qəzası baş verib.DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan sorğusuna cavab olaraq bildirilib ki, hadisə saat 23 radələrində Kürdəmir - Zərdab yolunda baş verib.Ağcəbədi rayon sakini Niyaməddin Quliyev idarə etdiyi “VGV U75 Plus” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı nəqliyyat vasitəsində olan 2 nəfər hadisə yerində ölüb, sürücü və digər 6 nəfər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.Faktla bağlı Zərdab RPŞ-də araşdırmalar aparılır.Əldə etdiyimiz məlumata görə, qəzaya düşən avtomobildəki 9 nəfər bir ailənin üzvü və yaxın qohumlar olub. Hadisə nəticəsində ölənlərdən biri sürücü N.Quliyevin 13 yaşlı qızı, digəri isə yaxın qohumu olan 4 yaşlı qızdır.***Hadisə nəticəsində ağır xəsarətlər alan sürücü N.Quliyevin digər qızı isə səhər saatlarında xəstəxanada vəfat edib.














Paylaş:

Seçilən
86
17
regionxeberlericom.az

10Mənbələr